1 orden və 9 medalla təltif olunan Livədirqə kəndinin qəhrəmanı - şəhid qardaşı, XTQ baş leytenantı Əkbərov Orxan

15 Avq 2021 14:47
596

Lerik rayonunun Livədirqə kəndində anadan olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, baş leytenant Orxan Şahid oğlu Əkbərov xidmət etdiyi dövrdə 1 orden və 9 medalla təltif olunub.

Ambur.az-ın məlumatına görə, II Qarabağ müharibəsinin iştirakçısı olan baş leytenant Əkbərov Orxan müharibədən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. 

Bundan öncə isə baş leytenant Əkbərov Orxan 8 illik xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, baş leytenant Əkbərov Orxan II Qarabağ müharibəsini iştirakısı, şəhid Xüsusi Təyinatlı Qüvvələrin zabiti leytenant Əkbərov Əmrahın qardaşıdır.  
Əmrah Şahid oğlu Əkbərov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. Bundan əvvəl də leytenant Əkbərov "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif olunmuşdur. Allahdan leytenant Əmrah Əkbərova rəhmət diləyir, qardaşı baş leytenant Orxan Əkbərova xidmətində uğurlar arzu edirik! 

Oxşar xəbərlər