“12-ci İmam” kimi həbs edilən “Şaurma N1”in şəriki Aqillə ona qarşı ifadə verənlər eyni məclisdə - VİDEO

27 Avq 2021 11:05
523

Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yaysa da, sosial şəbəkələrdə hələ də Babayevlə bağlı müzakirələr davam edir.

Ambur.az Milli.Az-a istinadən xəbər verir ki, Aqil Babayev avqustun 4-də həbs edilsə də, Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıb. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. 

Aqil Babayevin yaxınları bu məsələyə etirazlarını bildirirlər. Onlar bildiriblər ki, bu, Aqilin dostları və “Şaurma N1”in sahibi Natiq Sadıqov və əlaltıları tərəfindən qurulmuş tələdir. Onlar imam iddiasının da saxta və gülünc olduğunu deyirlər. Məsələyə ciddi şəkildə baxılmasını xahiş edirlər. Sahibkarın yaxınları etirazlarını bildirmək üçün müraciət etdikləri qurumların heç birinin işə baxmadığını deyirlər.

Qeyd edək ki, sahibkar Aqil Babayevin şənliklərdə piano çaldığı, əməkdar artist Elnur Zeynalovu qarmonda müşayiət etdiyi, ad günlərində həmin o üzünə dayanan “dostları” ilə birgə zaman keçirtdiyi videolar mediaya sızıb. Belə bir ilginc sual ortaya çıxır…Məgər belə 12-ci imammı olar?!

Oxşar xəbərlər