15 oyuna start heyyətdə çıxan Turan 14 qol və 17 məhsuldar ötürmə ilə ilin ən dəyərli oyunçusu seçilir- VİDEO

09 Yan 2021 17:25
116

Sizə bir Lerikli balasını, fəxrimiz olan Turanı təqdim edirik. Turanın atası Cəmşid Əhməd oğlu Qasımlı Lerikin Zenoni kəndindəndir. Böyüklərin yaxşı tanıdığı Şeyx Qələmin nəvəsidir.
 

Qasımlı Turan Cəmşid oğlu Sumqayıtda 5 yaşından karate idman növü ilə məşqul olub, 6 yaşında uşaqlar arasında Azərbaycan çempionu olmuşdur. Müəyyən vaxtdan sonra valideyinləri ilə İspaniyanın Malaqa şəhərinə köçmüşdür. Burda qısa müddət karete ilə məşqul olan Turan öz istəyi ilə İspaniyanın Malaqa klubunun uşaq futbol məktəbinə yazılmışdır. Turanın solaxay olması, eyni zamanda sağ ayağını da sol ayağı kimi aktiv işlətməsi, sürətli və qıvrağ bilənglərinin olması , mükəmməl ara pasları ilə oynaması qısa müddətdə məşqçilərin diqqətini çəkmişdir. 2018-2019 cu il sezonunda Turan La Liga Benjamin ( junior) A kamandasına yüksəlir, sezonun ikinci dövrəsində 7 nömrə formasını geyinərək komandanın dəyişilməz oyunçusuna çevrilir. İkinci dövrədə 15 oyunun hamısında start heyyətdə meydana çıxir. Orta sahə və ya sol qanadda oynamasına baxmayaraq 14 qol, 17 məhsuldar ötürmə ilə klub məşqçilərinin diqqətini biraz da üzərinə çəkir və oynadığı klubda ilin ən dəyərli oyunçusu seçilir. 2019-2020 -ci il sezon başlanğıcında İspaniyanın Granada şəhərində xeyriyyə oyunu təşkil edilir və bu oyunda İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilir. Turan Qasımlı da bu oyuna dəvət alır. Turanın oynadığı komanda finalda Turanın vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 hesabı ilə qalib olur. Turan bu oyunu ilə izləmyə gələn Barselona klubunun Skaut məşqçilərinin diqqətini üzərinə çəkir. 

Turan İspaniya La Liqada 5 oyuna 7 qol 6 qol ötürməsi verərək yüksək nəticə göstərmişdir.

Bir neçə ay keçdikdən sonra FİFA meneceri , həmçinin Barselona Skaut komandasının üzvü Marko Turanın Atasına telefonla zəng edərək Turanın Barselonada oynayan ilk Azərbaycanlı kimi tarixə düşəcəyinə ümid etdiyini söyləyir.

Facebook-LERİK

CBC sport kanalı Turan haqqında videoreportaj hazırlamışdır. 

Ambur.az sözügedən videoreportajı təqdim edir.  

Oxşar xəbərlər