2 yaşlı övladını xalqımıza əmanət qoyan- şəhid Dövlətli İsgəndər

09 Fev 2021 14:25
863

İsgəndər Vüqar oğlu Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olmuşdur. Bir  qardaş və bir bacı olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kəntdə keçmişdir. 1997-ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüşlər. 2001-ci ildə Abşeron rayon Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 7-ci sinfə qədər həmin məktəbdə oxumuşdur. 2008-ci ildə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşamışdır və 313 nömrəli tam orta məktəbində 8-ci sinifdən təhsilini davam etmişdir. 2009-cu ildə həmin məktəbi başa vurduqdan sonra Rabitə və Nəqliyyat kollecinə daxil olmuşdur. 

2013-cü ildə kolleci bitirdikdən sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən İsgəndər həqiqi hərbi xidmətə çağırılır və Daxili Qoşunların Quba şəhərinin "N" saylı  hərbi hissəsinə göndərilir. 2015-ci ildə xidmətini başa vurduqdan sonra evinə, ailəsinin yanına qayıdır. 2016-cı ildə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı gizir rütbəsində xidmət etəyə başlayır. 

27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan 2-ci Vətən mühribəsində fəal iştirak edərək vətəninə, elinə, obasına olan sevgisini bir daha sübut etmiş olur. Düşmənə sarsıdıcı zərbələr endirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən kəşfiyyatçı gizir oktyabr ayının 08-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır və adını qızıl hərflərlə tarixə yazır. Şəhidin nəşi oktyabrın 30-da yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsinə gətirilir və orada torpağa tapşırılır. Şəhidimiz ailəli idi, 2 yaşlı bir azyaşlı övladı xalqımıza əmanət qaldı. Atası Vüqar kişi oğlunun yoxluğuna tab gətirməyərək noyabr ayının 29-da dünyasını dəyişir. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Soru kəndində anadan olan gizir İsgəndər Vüqar oğlu Dövlətli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin! Vətən sağ olsun!

            Ambur.az

Oxşar xəbərlər