200 şəhid portreti çəkən lerikli rəssam: “50-yə yaxın şəhid şəkli çəkəndə demək olar ki, özümə gələ bilmirdim“- VİDEO

08 Dek 2021 12:11
2180

"Artıq 200-ə yaxın şəhid şəkli çəkmişəm. Demək olar ki, 100-də çoxunu ailələrinə özüm təslim eləmişəm. 50-yə yaxın şəhid şəkili çəkəndə demək olar ki, özümə gələ bilmirdim. Hər çəkəndə çox pis olurdum. Artıq evdəkilər dedi ki, "Bəsdir, özündə pis olursan". Biraz ara verdim, yox, yenə alınmadı, dedim ki, "Yox. Yenə çəkəcəm. Hamısını çəkərəm..."".

Ambur.az xəbər verir ki, bunu bu gün ATV Show televiziya kanalına gənc rəssam Əminə Babayeva videomüsahibəsi zamanı deyib.

Qeyd edək ki, gənc rəssam Əminə Babayeva 22 yanvar 1994-cü ildə Lerik rayonunda anadan olub. 2000-ci ildə Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib və 2011-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Uşaqlıqdan rəssamlığa böyük həvəsi olduğundan 9-cu sinifdən rəssam yanına getməyə başlayıb və beləliklə arzusuna çataraq bu peşəyə yiyələnib. Bir çox sərgilərdə, dövlət tədbirlərində iştirak etmiş və "Fəxri fərman"la təltif edilib. Bu günə kimi 200-dən çox şəhid şəkli çəkmiş, ailələrinə təqdim etmişdir. Hal-hazırda Bakıda yaşayır və bu peşəni davam etməkdədir. 

Ətraflı: https://ambur.az/lerikli-genc-ressam

Ambur.az ATV Show-ya istinadən videoreportajı təqdim edir:

Oxşar xəbərlər