28 ildən sonra Şuşada ilk azan oxuyan lerikli qəhrəman - Qurbanəli Əliyev

09 Apr 2021 16:00
531

Qurbanəli Eldar oğlu Əliyev 25 may 1997-ci ildə Lerik şəhərində anadan olub. 5 bacı və 2 qardaş olmaqla ailədə 9 nəfərdirlər. Uşaqlıq illərini rayonun özündə keçirib. 2003-cü ildə Lerik şəhər Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına 2 saylı tam orta məkrəbin 1-ci sinfinə daxil olub və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Bakıda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-ci ilin "Aprel döyüşləri"nin iştirakçısı olan Qurbanəli Tərtər və Goranboy istiqamətində gedən döyüşlərdə işirak edib. Xidmətini qüsursuz başa vurduqdan sonra, 2017-ci ildə ehtiyata buraxılıb. Ailəsinə kömək etmək məqsədilə tikintidə işləməyə başlayıb. 

Qurbanəli "Tovuz döyüşləri" başladığı zaman könüllü olaraq Lerik rayon Hərbi komissarlığından qeydiyyatdan keçir, lakin döyüşə göndərilmir. II Qarabağ müharibəsində, 2020-ci ilin sentyabr ayından etibarən başlayan müharibədə iştirak etmək üçün Qurbanəli həmin ayın 21-də yenidən Hərbi komissarlığa yaxınlaşır ki, döyüşə yola salınsın, yenə də göndərilmir. Nəhayət, onun səbirsizlikə gözlədiyi an gəlib çatır. Sentyabr ayının 27-də könüllü olaraq rayon Hərbi komissarlığı tərəfindən müharibə yola salınır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə silahla təmin olunaraq Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən döyüşə başlayır. Qəhrəman Qurbanəli daha sonra Füzuli, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir.

Qurbanəlinin arzusu 28 il müddətində düşmən tapdağı altında olan torpaqlarımızı azad görmək və orada yerləşən məscidlərimizdə azan səsləndirmək olur. Oktyabr ayının 8-də Şuşaya daxil olduqları zaman döyüş yoldaşı, Cəlilabad rayonundan olan Xəyal Əliyevlə birgə 28 ildən sonra ilk dəfə Şuşa məscidində minarəyə qalxır, azanı səsləndirir və beləcə arzusuna çatmış olur. Onun dediklərinə görə, elə olur ki, ilk cümə namazında da imam camaat qalmaq da özünə nəsib olur. Müharibənin ilk günündən qələbə gününə qədər döyüşlərdə iştirak edən və yüksək şücaətlər göstərən Qurbanəli 10 yanvar 2021-ci ildə ehtiyyata buraxılır. Hal-hazırda evindədir.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan Qurbanəli Eldar oğlu Əliyev "Füzulinin azad olumasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah qorusun. Fəxr edirik! 
                     Ambur.az 

Oxşar xəbərlər