3 ay itkin hesab edilən şəhid baş leytenant

03 Mrt 2021 09:32
46

Həsənağa Şakir oğlu Adullazadə 09 mart 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-cü ildə Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2007-ci ildə həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirən Abdullazadə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2010-cu ildə liseyi əla qiymətlərlə bitirib və həmin il  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2014-cü ildə təhsilini uğurla başa vurub. Sonradan Bakə şəhərinə köçüb. 

2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ müharibəsinə baş leytenant Həsənağa da digər yoldaşları kimi qatılır. 3 ay idi ki, Həsənağa itkin idi. 3 aydan sonra nəşi tapılır və şəhid olduğu müəyyənləşir. 14 yanvar 2021-ci il tarixində Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda dəfn edilir. Şəhidimiz 2019-cu ildə ailə həyatı qurmuşdu. Allah rəhmət eləsin. 

Oxşar xəbərlər