3 ay sonra DNT analizi ilə kimliyi məlum olan şəhid -İkram Məmmədov

30 Mrt 2021 17:37
339

İkram Ehtiram oğlu Məmmədov 08 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2008-ci ildə Xaçmaz rayon şəhid Əfqan Yəhyayev adına tam orta mətəbin 1-ci sinfinə gedib. Qohum-qonşuları arasında sevilib-seçilən İkram oxuduğu məktəbdə də həm sinif müəllimlərinin, həm də şagirdlərin sevimlisi olub. 2017-ci ildə orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra Xaçmaz rayon 97 №-li peşə məktəbinə daxil olub və traktorist peşəsi üzrə təhsilini davam etdirib.

2020-ci il iyul ayının 13-də Xaçmaz rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan İkram Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 3 ay orada xidmət etdikdən sonra Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. Arzusu xidmətini başa vurduqdan sonra hüquq mühafizə orqanlarında polis vəzifəsində işləmək olur. 2020-ci il 27 sentyabr tarixində başlanan II Qarabağ müharibəsində İkram da böyük həvəslə iştirak edir və nümunəvi qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman İkram 13 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən  şiddətli döyüşlərdə itkin düşür. Nəhayət 3 ay sonra, yanvar ayının 13-də DNT analizi ilə İkramın şəhid olduğu məlum olur, nəşi doğulub, boya-başa çatdığı Çiləgir kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 
                                    Ambur.az

Oxşar xəbərlər