3 yaşlı uşaq qida zəhərlənməsindən vəfat edib, 9 yaşlı uşağın vəziyyəti ağırdır

06 Apr 2022 11:03
225

Bu gün qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) 2 azyaşlı yerləşdirilib.

Ambur.az xəbər verir ki, Mərkəzin Mətbuat xidmətindən verilən xəbərə görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.

Oxşar xəbərlər