32-ci doğum gününü ondan yadigar qalan iki övladı onsuz qeyd edir - Şəhid Arəstə Baxışovanın doğum günüdür

04 May 2021 13:58
116

Bu gün İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Ambur.az xəbər verir ki, Arəstə Kərim qızı Baxışova 04 may 1989-cu ildə Xaçmaz rayonunda anadan olub. Şəhidin 32-ci doğum gününü ondan yadigar qalan iki övladı, yaxınları və hər kəs onsuz qeyd edir. 

A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kolleci bitirən Arəstə sonradan hərb sahəsini seçib və Beyləqandakı hərbi hissədə çalışıb.

Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra yadigar qalan iki övladı - 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra indi nənələrinin himayəsindədirlər.

Arəstə Baxışova ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.

Oxşar xəbərlər