51 yaşlı ərkivanlı Rusiyanın Voljski şəhərində, Volqa çayında boğularaq ölüb

12 İyl 2021 08:48
262

Masallı rayonunun Ərkivan qəsəbəsindən olan 51 yaşlı Rəfiyev Nahid Rusiyanın Voljski şəhərində, Volqa çayında boğularaq ölüb

Ambur.az Cenub.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Rusiyanın Voljsk şəhərində, Volqa çayında Ərkivanın Bədirli məhəlləsindən olan 1970 təvəllüdlü Rəfiyev Nahid Adəm oğlu boğularaq vəfat etmişdir.

İlkin yayılan məlumata görə əvvəlcə N.Rəfiyevin 10-12 yaş arası oğlu boğulurmuş, o, üzə bilmədiyi halda oğlunu xilas etmək istəyib. Daha sonra ətrafdakılar oğlunu xilas etsələr də, onu xilas edə bilməyiblər.

Qeyd edək ki, N.Rəfiyevin cənazəsi bir neçə günə doğma vətənə gətiriləcək.

Oxşar xəbərlər