7 aydır itkin düşən hərbçimiz Elnur Qədirlidən hələ də xəbər yoxdur

28 Apr 2021 22:33
150

İtkin hesab edilən hərbçilərimizdən biri Elnur Qədirlidir

Elnur Rəcəb oğlu Qədirli 27 avqust 1997-ci ildə İsmayıllı rayonunun Diyalli kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2016-ci ildə İsmayıllı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini başa vurduqdan sonra evinə qayıdıb. 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman Elnur həmin ayın 29-da İsmayıllı rayon Hərbi komissarlığı tərəfindən çağırılır və müharibəyə yola salınır. Qardaşı Elvinin verdiyi məlumata görə, ən son oktyabr ayının 6-da Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədən Hadruta göndərilib. Həmin ayın 7-dən qardaşından xəbəri olmadığını bildirib. Onun dediklərinə görə, ölkə ərazisində bütün hərbi hissə, hospitalllar və mülki xəstəxanalarla maraqlansa da yenə də heç bir məlumat əldə edə bilməyib.

Oxşar xəbərlər