Abidələrin bərpası üçün yeni mərkəz yaradılacaq

07 Yan 2022 16:20
142

"Azərbaycanda abidələrin bərpasının təşkili üçün Bərpa Mərkəzi yaradılacaq".

Ambur.az xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abidələrin bərpası olduqca önəmli prosesdir: "Bundan qaynaqlanaraq Şuşa üçün bərpa sənədi hazırlanıb. Məsələn, Şuşa şəhəri üçün xarakterik olan darvaza, pəncərə növləri var. Bunun siyahısını daha da genişləndirmək olar".

"Bərpa Mərkəzi çərçivəsində əlavə təlimlər keçirilməsi planlaşdırılır. Biz artıq bu layihəni prioritetləşdirmişik", - A.Cəfərli qeyd edib.

Oxşar xəbərlər