Abşeronda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

02 Noy 2021 17:42
74

Abşeron rayonunda yol qəzası olub.

Ambur.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər