Abşeronda tələbə, Qəbələdə isə 26 yaşlı gənc intihar edib

21 Avq 2021 13:25
183

Abşeron və Qəbələ rayonlarında intihar hadisəsi baş verib.

Ambur.az xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan birinci kurs tələbəsi F.Allahverdiyev özünü yaşadığı evin həyətində üzüm talvarından asıb.

Digər intihar hadisəsi isə Qəbələ rayonun Əmircan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Elbrus Osman oğlu İbrahimov yaşadığı evin önündə intihar edib. 26 yaşlı E. İbrahimovun epilepsiya xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər