Ağaşir Bəşirov

20 Yan 2021 13:39
417

Ağaşir Sərxoş oğlu Bəşirov 4 yanvar 1951-ci ildə Salyan rayonunun Xili kəndində anadan olmuşdur. Anası Qumriyyə xanım evdar qadın, atası Sərxoş kişi isə “şöhrət” ordenli böyük Vətən müharibəsi əlili hüquq mühafizə orqanı işçisi olmuşdur. A.Bəşirov 1967-ci ildə Masallı şəhər 2 saylı orta məktəbində orta təhsilini almış və 1967-ci ildətəhsilini başa vurmuşdur. Həmin il Politexnik İnstitutunun Sənaye və Mülki Tikinti fakultəsinə daxil olmuşdur. Həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, 1973-cü ildə hərbi xidməti zabit kimi başa vurduqdan sonra 3 nömrəli kənd tikinti trestində mühəndis, 37 nömrəli SPMK-da baş mühəndis, daha sonra isə həmin idarənin müdiri vəzifəsində çalışmışdır.

A.Bəşirov yüksək peşəkarlığı və savadı ilə qısa vaxt ərzində irəli çəkilmiş və 1989-cu ildə 3 nömrəli kənd tikinti trestinin rəisi vəzifəsinə təyin edilmişdir. A.Bəşirov bu illər ərzində, Masallı rayon Mərkəzi Xəstəxanasının, Rayon İcra Hakimiyyətinin binasının daha sonra rayon prokurorluğu, çay fabriki, iri ev tikmə kombinatı olan Panel Zavodun və digər tikililərin tikilib ərsəyə gəlməsində rəhbərlik etmiş, cənub bölgəsinin infrastrukturunun ümumi inkişafında əzmlə çalışmışdır. A.Bəşirov dəfələrlə rayon və şəhər sovetinin deputatı seçilmiş, 267 saylı Ərkivan kənd seçki dairəsində 12-ci çağırış Respublika Ali Sovetinin deputatı seçilmişdir.

Bununla yanaşı 3000-ə qədər yüksək ixtisaslı fəhlə, mühəndis, texniki işçiləri birləşdirən böyük kollektivə rəhbərlik etmişdir. Nəhəng kollektivə rəhbərlik üçün A.Bəşirova əlavə status “Azərkənd” tikinti istehsalat birliyinin rəis müavini statusu verilmişdir. Deputat olduğu müddətdə Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvü olmuşdur. Bir deputat kimi Azərbaycan Respublikasının Dövlət müstəqilliyi aktının tərtib olunmasında iştirak etmiş və deputat kimi gündəliyə qoyulan məsələnin lehinə səs vermişdir. Son dövrlərdə onun rəhbərliyi altında cənub bölgəsində yeni tikililər vüsat almışdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın yeniləşən Azərbaycana yeni məktəblər layihəsi adı altında A.Bəşirov təkcə Masallıda 5 yeni məktəb və bir əsaslı təmir aparmışdır. Onun inşa etdiyi “Dəfinə” liseyinin açılışında Ölkə Prezidenti və xanımı Şəxsən iştirak etmiş və A. Bəşirovun işi ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. A.Bəşirov 23 iyul 2009-cu il tarixində avtomobil qəzasında dünyasını dəyişmişdir.

Facebook: MASALLININ ZİYALILARI

Oxşar xəbərlər