Ağcabədi rayonunun fəxri - Qazi Rəşad Köçəriyev

02 Sen 2021 19:18
53

Rəşad Şahid oğlu Köçəriyev 1997 -ci il iyun ayının 19 -da Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. 2003-2014 -cü illərdə Həsən Cavadov adına orta məktəbdə təhsil almışdır.

07.07.2015 -ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 01.01.2017-ci ildə xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra halal zəhmətlə çörək qazanan Rəşad bir daha valideynlərinin başını uca etdi. 2020 -ci il II Qarabağ döyüşləri başlayan zaman sentyabrın 27 -də yenidən Ordu sıralarına çağırılmışdır. Yaşının az olmasına baxmayaraq heç bir zaman düşmən üzərinə getməkdən çəkinməmişdir. Həm döyüş yoldaşlarının yanında, həm komandirlərinin yanında rəğbət qazanır. Ən təhlükəli yerlərə belə hücum etməkdən çəkinməyən Rəşad Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edir. 27.10.2020 ci il tarixində Qubadlı rayonu istiqamətində düşmən tərəfindən atılan minamyot zərbəsi nəticəsində sağ ayağının baldır və diz nahiyəsindən ağır yaralanır. Onu sevən yoldaşları onun qan itirərək şəhid olmaması üçün əllərindən gələni edib onu xilas edirlər. Döyüş yoldaşları Vətənini təmənnasız sevən Rəşadla fəxr etdiklərini deyirlər. "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilir. Subaydır.

           Allahverən Pərvizoğlu

Oxşar xəbərlər