Ağcabədidə 15 yaşlı qız ana oldu

01 İyn 2021 13:00
121

Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.

Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S. İ-nin övladı dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.

Oxşar xəbərlər