Ağdam və Lənkəran Dövlət Dram teatrları arasında qarşılıqlı əməkdaşlıqla əlaqədar niyyət sazişi imzalanıb

02 Avq 2021 13:50
198

Lənkəran Dövlət Dram Teatrının nümayəndə heyəti Ağdam Dövlət Dram Teatrının qonağı olub.

Ambur.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, görüş zamanı teatrlar arasında yaradıcılıq əlaqələri müzakirə olunub. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov, Xalq artisti, Prezidentin fəxri təqaüdçüsü, aktyor Qabil Quliyev, baş rejissor Kərəm Həsənov çıxış edərək teatrlar arasında qarşılıqlı yaradıcı münasibətlərin yaradılmasının əhəmiyyətindən danışıb, hər iki teatra uğurlar diləyiblər.

Sonra hər iki teatr arasında qarşılıqlı əməkdaşlıqla əlaqədar niyyət sazişi imzalanıb. Sazişə əsasən, teatrlar arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur.
 

Oxşar xəbərlər