Ağdamda ermənilər tərəfindən daha bir mülki vətəndaş yaralandı

08 Noy 2020 22:15
80

Ağdamda daha bir mülki vətəndaş yaralandı

Bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Ambur.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər