Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb

13 Sen 2021 09:18
15

Ağstafada dəhşətli qətl hadisəsi baş verib.

Ambur.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş - Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri - ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
 

Oxşar xəbərlər