Aleksander Çeferin: “Futbol həmişəkindən güclü olacaq“

20 Apr 2021 16:22
17

"Biz bu böhrandan güclü çıxacağıq. Futbol isə həmişəkindən güclü olacaq. İlk növbədə ona görə ki, nəhəng problemin öhdəsindən gələcəyik".

Ambur.az Report-a istinadən xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin qurumun Konqresindəki çıxışı zamanı deyib.

Sloveniyalı funksionerin sözlərinə görə, uğurlu Avropa çempionatı təşkil etmək, Avropanın pandemiyadan xilas olunduğunu dünyaya göstərmək üçün əla imkandır: "Düşünürəm ki, iyunadək azarkeşlər peyvənd olunacaq. AVRO-2020-də bütün lazımi testlər və tibbi tədbirlər təşkil ediləcək. Böhran göstərdi ki, futbol cəmiyyətin DNK-nın ayrılmaz hissəsidir. O, bir əsrdən çox davam etmiş böyük tarixi uğurlardan biridir".

O, yarışa ev sahibliyi edən Avropa ölkələrinin liderlərinə inanılmaz dəstəyə görə təşəkkür etdiyini söyləyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Oxşar xəbərlər