Almaniya bu 4 ölkə ilə uçuşları dayandırır

28 Yan 2021 16:10
104

Almaniya koronavirusla mübarizə tədbirləri çərçivəsində İngiltərə, Cənubi Afrika Respublikası (CAR), Braziliya və Portuqaliya ilə hava əlaqəsini dayandırmağa hazırlaşır.

Ambur.az bildirir ki, bu barədə ölkənin Federal Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, mutasiyaya uğramış yeni virusun daha çox yayıldığı İngiltərə, CAR, Braziliya və Portuqaliya kimi ölkələrlə hava əlaqəsi ciddi şəkildə məhdudlaşdırılacaq və Niderland, Danimarka da həmin siyahıya daxil ediləcək.

 

Hava ilə yanaşı, quru sərhədləri də bağlanacaq. 

Digər tərəfdən, Almaniyada risk zonası elan edilən ölkələrdən gələn bütün sərnişinlərdən neqativ test nəticələrini tələb edən bir sənəd istənilib.

 

 
 
 

Oxşar xəbərlər