Almaniya yeni ştamla bağlı karantin qaydalarını sərtləşdirib

28 Noy 2021 14:05
56

Almaniya yeni koronavirus ştamının yayılması ilə əlaqədar Afrikanın səkkiz dövlətini sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyi ərazilər siyahısına daxil edib.

Ambur.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Belə ki, Cənubi Afrika, Botsvana, Esvatini, Lesoto, Malavi, Mozambik, Namibiya və Zimbabvedən gələn hər kəs iki həftəlik karantinə göndəriləcək. Koronavirus testi mənfi çıxsa belə, karantin müddətini qısaltmaq mümkün olmayacaq.

Aviaşirkətlərə yalnız Almaniya vətəndaşlarını təyyarəyə girişə icazə verilir.

Qeyd edək ki, Almaniyada indiyədək iki "omikron" ştamı aşkar edilib.

Oxşar xəbərlər