AMEA-nın 41 yaşlı alimi özünü öldürdü - FOTO

23 May 2022 07:54
233

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.

Ambur.az-ın “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kevkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

<span>AMEA-nın 41 yaşlı alimi özünü öldürdü -</span><span xss=removed> FOTO</span>

Oxşar xəbərlər