Anasının gözlərini 30 ildir ki, yolda qoyan Lerikin qəhrəman övladı - Rüstəmov Tərlan

04 May 2022 17:24
371

I Qarabağ müharibəsində itkin düşən Tərlan Kamal oğlu Rüstəmov

Ambur.az xəbər verir ki, Rüstəmov Tərlan Kamal oğlu 21 mart 1974-cü ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Tərlan 1981-ci ildə Biləvər kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin on birinci sinfini bitirib. 1992-ci ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Rüstəmov Tərlan cəbhə bölgəsinə yola salınır.

Döyüş yolu Ağdərə cəbhəsindən keçir. Ağdərə bölgəsində gedən döyüşlərdə şücaətlər göstərir. Son döyüş yeri də Ağdərə rayonunun Sırxavənd bölgəsi olur. Rüstəmov Tərlan Kamal oğlu 10 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd bölgəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 2011-ci ildə Lerik məhkəməsi tərəfindən
Rüstəmov Tərlan Kamal oğluna şəhid statusu verilib.

Xalid Mahmud "Əbədiyyət yolçuları"

Oxşar xəbərlər