Anım Günündə şəhidlərimiz yad edilir... - FOTOLAR

27 Sen 2022 16:38
192

Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanına insan axını davam edir.

Ambur.az-ın xəbərinə görə, ictimaiyyət nümayəndələri, vəzifəli şəxslər, şəhid ailələri II Şəhidlər xiyabanını ziyarət edərək, Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edir və onların ruhuna dualar oxuyur.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Anım Günü ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən ölkə üzrə Azərbaycan şəhidləri yad edilir.

Azərbaycan xalqı şəhidlərimizin dəfn olunduqları məkanları ziyarət edirlər.

Fotolar: Ruslan Kərimi

Oxşar xəbərlər