Bakıda 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı dəm qazından dünyasını dəyişib
Ambur.az-ın məlumatına görə, 1996-ci il təvəllüdlü Hafiz Bəhruz oğlu Eynəliyev ötən gecə hamamda dəm qazından boğularaq dünyasını dəyişib. Mərhumun əmisi oğlu Şahsuvar Pəncizadə ambur.az-a faktı təsdiqləyib.
01 iyun 1996-cı ildə Lerik rayonunun Mastail kəndinə anadan olan Hafiz Eynəliyev Bakı şəhər Xəzər rayonu, Buzovna qəs, Albalılıq yaşayış massivi, Nəriman Əliyev küçəsi ünvanında yaşayırdı. 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olmuş və ayağından qəlpə yarası almışdı. Bu gün Bakı şəhəri Binə qəsəbədində torpağa tapşırılıb.
Qeyd edək ki, mərhumun qardaşı Eynəliyev Mais Vətən müharibəsi iştirakçısıdır.