Argentinada prezidentə hücum edilib

13 Mrt 2021 22:42
120

Argentinada etirazçılar Çubut əyalətinə səfər edən ölkə prezidenti Alberto Fernandesin olduğu avtomobili daşa basıblar.

Ambur.az ”Report”-a istinadən xəbər verir ki, bu barədə “Todo Noticias” telekanalı bildirib.

Efirdə nümayiş etdirilən videokadrlarda etirazçıların Fernandesin olduğu mikroavtobusu əhatəyə almaları əks olunub. Etirazçılar avtomobili döyəcləyiblər və qışqırıblar, bir neçə nəfər isə maşını daşa basıb, nəticədə avtomoblin pəncərələrindən birinin şüşəsi sınıb.

Telekanalın məlumatına görə, hadisə nəticəsində heç kim zərər çəkməyib.

Etirazçılar Çubut əyalətinin qubernatoru Mariano Arsioninin reallaşdırdığı iri miqyaslı dağ-mədən layihəsinə qarşı narazılıqlarını bildiriblər.

Qeyd edək ki, Argentina prezidenti yanğınlardan zərər çəkmiş zonalara baş çəkmək üçün Çubut əyalətinə gedib.

<span>Argentinada prezidentə hücum edilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər