Astara Dənizkənarı Park-Bulvarda səyyar kitabxana xidməti təşkil edilib

05 İyl 2022 10:30
145

Astara rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Dənizkənarı Park-Bulvarda səyyar kitabxana xidməti təşkil edilib.

Ambur.az xəbər verir ki, səyyar kitabxana xidmətinin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etməkdir.
Səyyar kitabxana xidməti zamanı tarixə, milli-mənəvi dəyərlərimizə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq ədəbiyyatına dair kitablar nümayiş olunub.

Qeyd edək ki, Astara rayon Mərkəzi Kitabxanası bu cür maarifləndirici layihələrin təşkili və təşviqində fəallıq nümayiş etdirərək bir neçə uğura imza atıb.

Oxşar xəbərlər