“Astara” qəzeti və “Astarainfo.az” saytının baş redaktoru - Ələskərli Əfsun

23 Sen 2021 15:39
501

Əfsun Tərlan qızı Ələskərli 19 mart 1994-cü ildə Lənkəran şəhərində anadan olub. 2011-ci ildə R.Dadaşov adına Sütəmurdov kənd orta məktəbini bitirib. 2015-ci ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr təhsilini başa vurub,
2015-ci ildə "Xəmsə" təhsil mərkəzində işə başlayıb. 2015-2017 Ctv MMC(hazırkı Arb MMC)-də Xəbərlər deportamentində aparıcı-müxbir kimi fəaliyyətə başlayıb.

Daha sonra "Kaspi" təhsil mərkəzində bir müddət işləyib. 2017-ci ildən Astara şəhər 2 saylı tam orta məktəbində müəllim işləyir. Eyni zamanda 2019-cu ildən “Astara” qəzeti və “Astarainfo.az” saytının baş redaktoru vəzifəsində çalışır.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər