Astara rayon mədəniyyət müəssisələrinə baxış keçirilib- Fotolar

21 Sen 2021 16:11
76

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Astara rayonunda mədəniyyət müəssisələrinə baxış keçirmişdir.

Ambur.az xəbər verir ki, bu barədə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsində paylaşılıb.

Bildirilib ki, Asxanakəran kənd klubunun həyətində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş Milli Qəhrəman və şəhidlərin xatirəsinə yaradılmış parkı, eləcə də 2016-cı ilin Aprel döyüşlərində misilsiz şücaət göstərərərək şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Pəncəli Teymurovun məzarını ziyarət edərək ailə üzvləri ilə görüşmüşdür. Ş.Şahbazov şəhid Pəncəli Teymurovun şərəfinə yaradılmış ev-muzeyi ilə yaxından tanış olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərdiyi qəhrəmanlığa görə Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Eyni zamanda Astara rayonunun Asxanakəran, Motlayataq, Siyaku, Sığaloni, Vaqo, Pensər, Şiyəkəran, Kolatan, Kakalos, Bala Şahağac, Şahağac kəndlərində fəaliyyət göstərən kitabxana və klub müəssisələrinə baxış keçirilmiş, mövcud nöqsanları göstərməklə tövsiyə və tapşırıqlarını verilmişdir.

Səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin Kakalos kənd folklor evinin həyətində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoymuş, burada fəaliyyət göstərən Astara Tarix-diyarşünaslıq muzeyinin Kakalos kənd filialına baxış keçirmiş, eləcə də folklor evinin həyətində fəaliyyət göstərən etnoqrafik guşə ilə tanış olmuşdur. Folklor evində fəaliyyət göstərən Şəhriyar adına Xalq teatrının ifasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kompozisiyaya tamaşa etmişdir.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisini İdarənin baş məsləhətçisi, Astara rayon üzrə nümayəndə Şadoqlan Bayramov, Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov və Astara rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov müşayət etmişlər.

Astara rayon mədəniyyət müəssisələrinə baxış keçirilib- Fotolar
Astara rayon mədəniyyət müəssisələrinə baxış keçirilib- Fotolar
Astara rayon mədəniyyət müəssisələrinə baxış keçirilib- Fotolar
Astara rayon mədəniyyət müəssisələrinə baxış keçirilib- Fotolar

Oxşar xəbərlər