Astara rayon Mərkəzi Kitabxanası “Hər kitabı ünvanına” adlı layihəyə başlayıb

04 Avq 2022 10:15
346

Lənkəran RMİ-nin əhatə etdiyi Astara rayon Mərkəzi Kitabxanası “Hər kitabı ünvanına” adlı layihəyə başlayıb.

Ambur.az xəbər verir ki, layihənin məqsədi insanların kitaba, mütaliəyə olan marağını artırmaq, kitabxanalara daha çox oxucu cəlb etmək, kitabxana mütəxəssislərinin peşəkar və yaradıcı potensialının inkişaf etdirilməsidir. İlk görüş Astara Rayon Mərkəzi Xəstəxanasında gerçəkləşib. Kitabxananın əməkdaşları tibb işçilərinə müvafiq sahə üzrə kitabları təqdim ediblər. Layihə üzrə növbəti görüş Astara Rayon Prokurorluğunda keçirilib. Prokurorluq işçilərinə hüquqa dair ədəbiyyatlar təqdim edilib.

Oxşar xəbərlər