Astara rayonunda təmizlik aksiyası keçirilib - Fotolar

15 Avq 2022 10:08
116

12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

Ambur.az xəbər verir ki, 12 avqust 2022-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər dənizi sahilində  təmizlik aksiyası keçirilib.

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Astara şəhərinin sahilboyu zonasında rayon icra hakimiyyətinin, ETSN-nin, rayon Gənclər və İdman idarəsinin, Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, MKTTİB MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin könüllüləri, yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi təmizlik aksiyasında xeyli ərazi tullantılardan təmizlənib.

Sonda aksiya iştirakçılarına Xəzərin ekoloji problemlərindən, dənizinin ətraf mühitinin qorunmasından bəhs edən bukletlər və digər maarifləndirici materiallar paylanılıb.

Oxşar xəbərlər