Astara rayonunun Deqədi kəndinin sakinlərinin qaz təchizatı ilə bağlı problemi dinlənilib

19 Noy 2021 13:26
80

Vətəndaşların problem və müraciətlərini yerindəcə dinləmək məqsədilə “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

Ambur.az Astarainfo.az-a istinadən xəbər verir ki, İB-dən bildirilib ki, bu dəfə səyyar qəbul otağı Astara rayonunun Deqədi kəndində qurulub. Görüş noyabrın 16-da keçirilib.

Görüşdə “Azəriqaz” İB-nin məsul şəxsləri və Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. 2 saat ərzində səyyar qəbul otağı vətəndaşların ixtiyarında olub. Çıxış edən kənd sakinləri təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi daha çox odundan istifadə etdiklərini, bunun da onlara əlavə xərc olduğunu bildiriblər. Vətəndaşlar ünvanladıqları müraciətlərin Birliyin baş direktoru Ruslan Əliyevə çatdırılmasını və Birlik rəhbərliyindən kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verməsini xahiş ediblər. Aksiyanın imkanlarından təkcə bu kəndin sakinləri deyil, ətraf kəndlərdə yaşayan vətəndaşlar da yararlanıblar. Onlar da yaşadıqları kəndlərdə mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Ünvanlanan problem və təkliflərin baş direktora çatdırılması üçün bütün müraciətlər qeydə alınıb.

Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 29-cudur.

Oxşar xəbərlər