Astara Uşaq musiqi məktəbinin müəllimi “Fəxri fərman“la təltif edilib

13 Sen 2021 12:29
252

Astara Uşaq musiqi məktəbinin müəllimi Şamil Bayramov uzunmüddətli səmərəli fəaliyyətinə görə Lənkəran Regional Mədəniyyət İdarəsinin "Fəxri fərman"ı ilə təltif edilmişdir.

Ambur.az xəbər verir ki, bu barədə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsində paylaşılıb:

O.Kazımi adına Astara Uşaq musiqi məktəbinin müəllimi Şamil Bayramovun təqaüdə yolasalınması münasibəti ilətədbir keçirilmişdir. Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Regional İdarənin adından Fəxri Fərmanı təqdim edərək 40 ildən artıq səmərəli əməyinə görə Şamil Bayramova təşəkkürünü bildirmiş, gələcək həyatında uğurlar arzulamışdır.

 Astara Uşaq Musiqi məktəbinin direktoru Çingiz Eyvazov və başqaları çıxış edərək bu gün məktəbdə işləyən bir çox pedaqoqların yetişdirilməsində əməyi olan Şamil müəllimə minnətdarlıq edərək cansağlığı arzulamışlar.

Sonda Ş.Bayramov çıxış edərək ona göstərilən qayğı vədiqqətə görə təşəkkürünü bildirmişdir.

Oxşar xəbərlər