Astarada 20 yaşlı gənci avtomobil vurub

24 Noy 2021 09:24
44

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hüseynov Vəli Mehdi oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər