Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb

23 İyl 2022 12:48
166

Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb

Ambur.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb.

Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər