Astarada gənclər üçün təlim-tədris kursları təşkil edilib

09 Dek 2021 18:46
184

Astara Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun təşkilatçılığı ilə gənclər üçün “Müasir gənclik, ingilis dili və dünyaya inteqrasiya”, “Kompüter texnologiyası və internetin əsasları” mövzularında bir həftəlik təlim kursları keçirilib.

Ambur.az xəbər verir ki, təlim zamanı gənclər təlimçilər Şəfa Mirzəzadə və Ceyhun Mirzəzadənin köməyi ilə dünyada ən geniş yayılmış dillərdən birini – ingilis dilini mənimsəməklə yanaşı, kompüter texnologiyası və internetin əsaslarına yiyələniblər.

Qeyd edək ki, “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubu 2016-cı ildən fəaliyyət göstərir. Burada təşkil olunmuş təlim kurslarında 324 nəfər iştirak edib.

Təlim kurslarında iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Astarada gənclər üçün təlim-tədris kursları təşkil edilib
Astarada gənclər üçün təlim-tədris kursları təşkil edilib
Astarada gənclər üçün təlim-tədris kursları təşkil edilib

Oxşar xəbərlər