Astarada ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı reyd keçirilib- Foto

30 Sen 2021 10:55
209

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Ambur.az xəbər verir ki, xəbər verir ki, keçirilən növbəti reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən olunmuş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb.

Reyd zamanı, həmçinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində inzibati protokollar tərtib olunub.

Oxşar xəbərlər