Astarada klub müəssisələri işçilərinin aylıq seminar müşavirəsi keçirilib

30 Apr 2022 10:12
306

Astara rayon Mədəniyyət Mərkəzində klub müəssisələri işçilərinin aylıq seminar müşavirəsi keçirilib

Ambur.az xəbər verir ki, seminarda dövr ərzində görülmüş işlər müzakirə olunub, may ayı ərzində keçiriləcək tədbirlər barədə tövsiyə və tapşırıqlar verilib.

Seminar çərçivəsində uzun müddət mədəniyyət sahəsində çalışmış, “Şindan” aşıqlar ansamblının üzvü, ustad sənətkar Əbdüləzim Nəcəfovun anadan olmasının 70 illiyi münasibəti ilə tədbir keçirilib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov yubilyarı təbrik edərək ömrünün 50 ilindən çoxunu zurna sənətinin təbliğinə sərf etmiş, dəfələrlə xarici ölkələrdə, eləcə də respublikamızda keçən bir sıra tədbirlərdə zurna, balaban sənətinin mahir ustası olduğunu sübut edib. Ə.Nəcəfov mədəniyyət sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə rayon Mədəniyyət Mərkəzinin və Rusiya Federasiyası Buryatsk Respublikasının Selınqa şəhər diasporunun Fəxri Fərmanına layiq görülmüşdür

Ə.Nəcəfov ona göstərilən diqqətə görə təşəkkürünü bildirmiş və hər zaman mədəniyyətimizin təbliği naminə fəaliyyət göstərməyə hazır olduğunu qeyd edib.

Tədbirin  sonunda “Şindan”aşıqlar ansablının müşaəti ilə musiqi nömrələri səsləndirilib

Astarada klub müəssisələri işçilərinin aylıq seminar müşavirəsi keçirilib
Astarada klub müəssisələri işçilərinin aylıq seminar müşavirəsi keçirilib
Astarada klub müəssisələri işçilərinin aylıq seminar müşavirəsi keçirilib

Oxşar xəbərlər