Astarada “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzi istifadəyə verilib

07 Sen 2021 12:54
531

Astara Gənclər Evində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin Miqrasiya Agentliyi və Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzi istifadəyə verilib.

Ambur.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzinin direktoru Xanımnisa İsayeva, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Vətən müharibəsi veteranı Abbas İbrahimli və başqaları yeni Mərkəzin əməkdaşlarına uğurlar arzulayıblar.

Layihə çərçivəsində Mərkəz 6 kompüter dəsti, 6 kompüter masası, printer, projektor, notbuk, elektron tablo ilə təmin olunub.

<span>Astarada “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzi istifadəyə verilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər