Astarada “Mənim peşəm, mənim gələcəyimdir” adlı layihə keçiriləcək

09 Sen 2021 09:58
534

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyinin təşkilatçılığı ilə rayonda “Mənim peşəm, mənim gələcəyimdir” adlı layihə keçiriləcək

Ambur.az xəbər verir ki, bu barədə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyinin "Instagram" hesabında paylaşılıb.

Layihə 10 sentyabr saat 10:00-da Astara Heydər Əliyev mərkəzində Astara "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsinin qrup rəhbəri Nahid Cəfərov tərəfindən keçiriləcək.

İştirak etmək istəyənlər qeyd olunan linkdən qeydiyyatdan keçməlidirlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdvtuyjJTKvJHUqqRI2qVWy5FJ36k8r94InoKVTXmEcMY-kvw/viewform

Qeyd edək ki, təlimdə peşə təhsilinin gənclərə faydaları, düzgün peşə seçimi, “Peşə təhsili və Peşə təmayüllü siniflərin təşkili” layihəsi haqqında danışılacaq.

Oxşar xəbərlər