Astarada məşhur idmançılarla məktəblilərin görüşü keçirilib

06 Okt 2021 18:32
202

06 oktyabr 2021-ci il tarixdə Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Sərbəst güləş üzrə məşhur astaralı idmançılar-Cəbrayıl Həsənov, Musa Ağayev və Əliabbas Rzazadə ilə məktəblilərin görüşü keçirilib.

Ambur.az bildirir ki, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin birgə təsdiq etdikləri  əsasnaməyə uyğun "Çempionumuz" sosial idman layihəsini Astara rayonu üzrə yüksək səviyyədə  həyata keçirilməsindən ötrü Astara RİH, Astara rayon Təhsil Şöbəsi Astara rayon Gənclər və İdman İdarəsi, tərəfindən rayon əsasnaməsi və Təşkilat Komitəsi təsdiq edilib.

Tədbirin açılış mərasimində Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova açıq elan etmiş və tədbirin təşkilatçılarına və idmançılara təşəkkürünü bildirmişdir.Sonra Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş və Azərbaycan idmanına vedikləri töhfəyə və gənc nəslə nümunə olduqlarına görə idmançılara təşəkkürlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıb.

Sonra Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov tərəfindən idmançıların həyatı və qazandıqları uğurlar barədə qısa Təqdimatlar oxunmuş və Cəbrayıl Həsənovun erməni rəqibinə böyük hesabla qələbəsini əks etdirən videoçarx nümayiş olunub.

Təqdimatda qeyd olundu ki, Azərbaycan idmanının məşhur simalarından olan, hazırda məşqçi fəaliyyətin davam etdirən Cəbrayıl Həsənov XXXI Yay Olimpiadasının bürünc mükafatçısı (2016, Rio-de-Jeneyro, Braziliya), Dünya çempionatının 2 qat gümüş, 3 qat bürünc mükafatçısı, Gənclər arasında Dünya çempionu, Avropa çempionatını 3 qat qızıl, 3 qat gümüş, 4 qat bürünc mükafatçısıdır.

Həsənov Cəbrayıl 24 fevral 1990-cı ildə Astara rayonun Suparıbağ kəndində anadan olub. 1997-ci ildə Suparıbağ kənd tam orta məktəbində 1-ci sinfinə qəbul olub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman  Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib. Görüşdə iştirak edən digər astaralı idmançı Musa Ağayev Cəbrayıl Həsənovun yetirməsidir. O Sərbəst güləş üzrə Avropa birinciliyinin bürünc medalçısı, Çimərlik güləçi üzrə Avropa çempionu və Dünya çempionatının gümüş medalçısıdır.

Ağayev Musa Astara rayonun Ərçivan qəsəbəsində anadan olub. Ərçivan qəsəbə 3 saylı tam orta məktəbini 2021-ci ildə başa vurub və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Musa Ağayev 2019-cu ildən "Azərbaycan Respublikasının İdman ustası"  dərəcəsinə layiq görülüb.

Tədbirin iştirakçısı olan Sərbəst güləş üzrə daha bir idmançı Əliabbas Rzazadədir. Rzazadə Əliabbas 21 may 1998-ci ildə Astara rayonun Rüdəkənar kəndində anadan olmub. Sərbəst güləş üzrə 2016-2021-ci illər ərzində iki dəfə bürünc və gümüş medal qazanıb.

Təqdimatlardan sonra Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin ədəbiyyat müəllimi Azər Kişiyev, Vətən müharibəsi veteranı, "İntellektli və Sağlam Gənclər" İctimai Birliyinin sədr müavini Abbas İbrahimli çıxış etmişlər.

Sonra məktəblilər idmançılara suallarla müraciət etmişlər.Məşhur idmançı Cəbrayıl Həsənov məktəblilərin suallarını cavablandırmış və uğurlara gedən çətin yollardan məlumat vermişdir.

Yekunda  məktəbdə  təşkil olunmuş guşədə idmançılarla məktəblilər və pedoqoji heyətin xatirə şəkilləri və imzaları çəkilmişdir.

Astarada məşhur idmançılarla məktəblilərin görüşü keçirilib
Astarada məşhur idmançılarla məktəblilərin görüşü keçirilib
Astarada məşhur idmançılarla məktəblilərin görüşü keçirilib
Astarada məşhur idmançılarla məktəblilərin görüşü keçirilib
Astarada məşhur idmançılarla məktəblilərin görüşü keçirilib

Oxşar xəbərlər