Astarada XIX əsrin yadigarı olan hamamın əsaslı təmirə ehtiyacı var - VİDEO

16 İyl 2021 16:41
163

Astara rayonunda XIX əsrin yadigarı olan tarixi abidələrdən biri Ərçivan qəsəbəsindəki Kərbəlayi Həmid Abdulla hamamıdır.

Hamam 1851-cı ildə Kərbəlayi Həmid Abdulla tərəfindən tikilib.

Səkkiz günbəzdən ibarət olan hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanmış məmulatla çiy kərpicdən hörülüb. Bir zamanlar ərçivanlılara, həm də qonşu kəndlərin sakinlərinə xidmət edən hamamdan həftənin iki günü qadınlar, qalan günləri isə kişilər istifadə ediblər.

Ambur.az xəbər verir ki, XIX əsrin yadigarı olan hamamın əsaslı təmirə ehtiyacı var. Bununla bağlı  tarixçi, geneoloq Rəzzaq Xansuvar hamamın tarixi ilə bağlı araşdırma aparmış, "Aləm" TV internet televiziyyası Ərçivan qəsəbəsində olmuş və hamamın hal-hazırki vəziyəti ilə bağlı videoreportaj hazırlamışdır.

Oxşar xəbərlər