Astaralı idmançılar Respublika turnirində 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar

26 Sen 2021 07:47
169

Göyçay Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının və Göyçay Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında şəhidlərin xatirəsinə həsr olunmuş budo döyüş növü üzrə Respublika turnirində astaralı idmançılar uğurlu nəticələr qazanıblar.

Ambur.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki gün davam edən turnirdə Free Contakt versiyası üzrə yarışlarda astaralı idmançılardan Qulam Əskərli (55 kq) birinci, Rafiq İbrahimzadə (63kq), Orxan Abbasov (52 kq), Mirzə Əliyev (40 kq), Sərdar Həmidzadə (28 kq) ikinci, Orxan Mirzəyev (52 kq), Təhməz Şabanov ( 47 kq) və Nihad Abdullazadə ( 39 kq) üçüncü yerləri tutublar.

Astaralı idmançıları yarışa budo döyüş növü üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev hazırlayıb.

 

<span>Astaralı idmançılar Respublika turnirində 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar</span><span xss=removed> </span>

Oxşar xəbərlər