Astaralı jurnalist fərdi jurnalist müsabiqəsinin qalibi olub

17 İyl 2022 11:16
135

Astaralı jurnalist Fəridə Ağazadə fərdi jurnalist müsabiqəsinin qalibi olub.

Ambur.az xəbər verir ki, medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb. 

Mükafat alanlar siyahısında Astara rayonundan olan tanınmış jurnalist Fəridə Ağazadə də var. Belə ki, Fəridə Ağazadə "Ən yaxşı jurnalist araşdırması" nominasiyası üzrə qalib gələrək 1-ci yerə yüksəlib.

Qeyd edək ki, Fəridə xanım uzun müddət Astara qəzetinin baş redaktoru, Astarainfo.az saytının təsisçisi olub. İşlədiyi dövr ərzində də böyük uğurlara imza atıb.

Oxşar xəbərlər