Astaralı məktəbli “Zəfər yolu” ümumrespublika inşa müsabiqəsində üçüncü yeri tutub

29 Noy 2021 13:04
167

Ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsinə yekun vurulub.

Ambur.az Astarainfo.az-ya istinadən xəbər verir ki, qaliblər sırasında Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Kəmalə Əzizova da var.

Kəmalə Əzizova 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr olunmuş “Zəfər yolu” ümumrespublika inşa müsabiqəsində üçüncü yerə layiq görülüb.

Astara Rayon Təhsil Şöbəsində ümumrespublika inşa müsabiqəsində fəxri yerlərdən birinə sahib olan Kəmalə Əzizova ilə keçirilən görüşdə çıxış edənlər ona təhsildə yeni-yeni nailiyyətlər arzulayıblar.

<span>Astaralı məktəbli “Zəfər yolu” ümumrespublika inşa müsabiqəsində üçüncü yeri tutub</span><span xss=removed> </span>

Oxşar xəbərlər