Astaralı şagirdlər qrant müsabiqəsində uğurlu nəticələr qazanıblar

29 Noy 2021 18:13
73

Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə V qrant müsabiqəsində qalib olmuş layihələrdən biri də İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar” konfransının keçirilməsi layihəsidir. Layihədə iştirak etmək üçün 446 şagird onlayn qeydiyyatdan keçib, onlarla təlimçi və ekspertin görüşləri təşkil olunub. 200 nəfərədək şagirdin hazırladığı yazılar ekspertlər tərəfindən qiymətləndirilib, 40 şagird yekun tura buraxılıb. Onlayn təqdimatlar keçirilib və 4 meyar üzrə yekun qiymətləndirmə aparılıb.

Ambur.az Astarainfo.az-a istinadən xəbər verir ki, qaliblərin sırasında Astara rayonunun ümumtəhsil məktəblərinin şagirdləri də var. Müsabiqədə Astara rayonunun Pensər kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərmin Heydərova və Astara şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Ruhanə Hüseynzadə birinci, şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Lalə Məmmədli ikinci, Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə Əliyeva üçüncü yerlərə layiq görülüblər.

Astara Rayon Təhsil Şöbəsində V qrant müsabiqəsində uğurlu nəticələr qazanmış şagirdlərlə görüş keçirilib.

Məktəbliləri qazandıqları uğurlar münasibətilə təbrik edən rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov onlara hədiyyələr təqdim edib.

Oxşar xəbərlər