“Atasına yalvardı, dedi ki, “Papa, nə olar, qurban olum sizə, başınıza dönüm, qoyun, mən gedim““- Şəhid Elnurun anası

28 Sen 2021 11:16
258

Sentyabrın 21-i idi. Saat 12-1 arasında Lerik komissarlığından zəng gəldi. Komissarlıqdan da gəldi, bələdiyyədən də... Mən Elnura dedim ki, "Mənim balam, Elnurum, biraz səbr elə, tələsmə. Qayıtdı, Atasına, mənə yalvardı, dedi ki, "Mama, mən sizə söz vermişdim ki, mən hər şeydən uzaq olacağam. Yəni, təlim-tərbiyəli olacağam. Söz vermişdim. Siz də söz vermişdiniz ki, nə istəsəm, onu edərdiniz. Mən öz kişiliyimdə qalıram, mama, xahiş edirəm, məni burax, qoy mən gedim". Mən biraz ağladım, kövrəldim. Atasına yalvardı, lap əl atdı onun boynuna, dedi ki, "Papa, nə olar, qurban olum sizə, başınıza dönüm"

Ambur.az xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi, Lerik rayonunda anadan olan şəhid Talıbov Elnurun anası Əliyeva Gülçöhrə "Aləm" TV internet televiziyyasına oğlu barəsində xatirələrini danışarkən deyib:

"Deyirdi, "Mama, mən polis olaram, girim öz işimə, səni işləməyə qoymaram". Ancaq uşağımın arzuları puç oldu, Elnurum sentyabrın 29-da, gecə saat 3-4 arasında zəng elədi, "Mama, salam, necəsən? Mama, qurban olum, sən Seyid qızısan, dua elə, mənim kimi bütün əsgər balalarımıza dua elə, mən Elnuram. Mənə elədin, hamıya elə. Sən hamının anasısan", -dedi. "Sənə qurban olum, sən gələndə lap qurban da kəsərəm, sağ-salamat gələsiz. Allah əmanətində" -dedim. Bu mənim son danışığım oldu... Sentyabrın 21-i idi. Saat 12-1 arasında Lerik komissarlığından zəng gəldi. Komissarlıqdan da gəldi, bələdiyyədən də... Mən Elnura dedim ki, "Mənim balam, Elnurum, biraz səbr elə, tələsmə. Qayıtdı, Atasına, mənə yalvardı, dedi ki, "Mama, mən sizə söz vermişdim ki, mən hər şeydən uzaq olacağam. Yəni, təlim-tərbiyəli olacağam. Söz vermişdim. Siz də söz vermişdiniz ki, nə istəsəm, onu edərdiniz. Mən öz kişiliyimdə qalıram, mama, xahiş edirəm, məni burax, qoy mən gedim". Mən biraz ağladım, kövrəldim. Atasına yalvardı, lap əl atdı onun boynuna, dedi ki, "Papa, nə olar, qurban olum sizə, başınıza dönüm, qoyun, mən gedim"... O, əsgərlikdə olanda "Aprel döyüşləri"ndə də olub, onda mənim qətiyyən xəbərim olmayıb, deməyib mənə. Sirr saxlayan uşaq idi. mənə deməmişdi...Oktyabrın 6-da şəhadətə qovuşub, noyabrın 1-də Elnurumun nəşini gətirdilər. Nə deyim? Ne deyim? Elnurumun qeyrətinə qurban, Elnurum tək balaların şəhadətə qovuşan qəbrinə qurban, onların qeyrətinə qurban, onların vicdanlarına qurban, o boynu bükülü balalar ata yolunu gözləyirlər, o ataların ürəylərinə qurban. Elnurum, sizin qəbriniz nurla dolsun. Bütün şəhidləri Allah rəhmət eləsin. Mənim balam da onların içində, onlar İmam Hüseynin balaları olsunlar İnşallah. Allahdan arzum budur, mən Elnurumnan tez qovuşum...".
Ambur.az həmin videoreportajın tam hissəsini təqdim edir:

Oxşar xəbərlər